Dövlət İmtahan Mərkəzində 9-13 noyabr 2020-ci il tarixlərində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan və audit və IT sahələrinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:
-
Institute of Internal Auditors təşkilatının “CIA Exam Part One: Essentials of Internal Auditing” (IIA--CIA--Part1) sertifikat imtahanı;
-
Oracle təşkilatının “Oracle Database SQL” (1Z0-071) sertifikat imtahanı;
-
Microsoft şirkətinin “Microsoft Azure Administrator” (AZ-104) sertifikat imtahanı.
Hər imtahanda 1 nəfər olmaqla, ümumilikdə 3 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.
DİM-də keçirilən müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı ilə aşağıdakı cədvəldən tanış olmaq mümkündür:
İmtahanın adı |
Gün |
Saat |
“Pearson VUE”-nun IT, maliyyə, menecment, audit, marketinq və s. sahələr üzrə 100-dən çox professional imtahan |
Hər həftənin I, III, V günləri |
Səhər növbəsi: 08:30–13:30 Günorta növbəsi: 14:00-18:00 |
“Pearson Test of English Academic” (PTE Academic) |
Hər həftənin II günləri |
Günorta növbəsi: 15:00-18:00 |
İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatı verilmiş keçiddən əldə etmək mümkündür.