Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü il 23 fevral tarixində “Peşəyönümü məsləhət xidmətinin təkmilləşdirilməsinə dair konsepsiya” sənədinin işçi qrupu ilə müzakirə təşkil edilib.
Müzakirədə Dövlət Məşğulluq Agentliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyini təmsil edən şəxslər iştirak ediblər. Görüşdə iştirakçılar peşəyönümü məsləhət xidmətinin bugünki vəziyyətini, istifadə oluna biləcək alətləri və bu sahədə beynəlxalq təcrübələri müzakirə edib, konsepsiyaya dair rəylər bildirib və gələcək iş planını tərtib ediblər.