• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      DİM-də psixologiya elmləri üzrə fəlsəfə doktoru Zülfiyyə Veysovanın "Tapşırıq halqaları modeli: metodologiya və tətbiq imkanları" kitabının təqdimat mərasimi keçirilib

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      19.12.2024 17:19

      19 dekabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzində psixologiya elmləri üzrə fəlsəfə doktoru Bakı Avropa liseyinin direktoru Zülfiyyə Veysovanın "Tapşırıq halqaları modeli: metodologiya və tətbiq imkanları" kitabının təqdimat mərasimi keçirilib.

      Tədbirdə Dövlət İmtahan Mərkəzi, Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbər şəxsləri, millət vəkilləri, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, ümumtəhsil müəssisələrinin direktorları, görkəmli elm və təhsil işçiləri iştirak ediblər.

      Təqdimatdan öncə qonaqlar Dövlət İmtahan Mərkəzinin elmi-metodiki nəşrləri və xidmətləri ilə bağlı sərgiyə baxış keçiriblər.

      Tədbiri giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə müəllif haqqında – onun müasir təlim və tədris prosesində yeniliklərin təşəbbüsçüsü kimi təhsil sahəsində xidmətləri barədə müsbət fikirlərini söyləyib, onun beynəlxalq standartlara uyğun müasir təhsil sisteminin qurulmasında mühüm rolu, peşəkar, faydalı bilik və bacarıqlara yiyələnən, rəqabətə davamlı insan resurslarının yetişdirilməsinə verdiyi töhfəsindən danışıb.

      M.Abbaszadə həmçinin Dövlət İmtahan Mərkəzinin yeni “Gənc psixometrik”  təcrübə proqramı haqqında məlumat verib. Sədr üç ay müddətində davam etməsi nəzərdə tutulan təcrübə proqramının əsas məqsədinin təhsilin qiymətləndirilməsi və psixometriya sahəsində nəzəri və praktik biliklərin mənimsənilməsi, statistik təhlil metodlarının öyrədilməsi və qiymətləndirmə alətlərinin effektiv tətbiq edilməsi üçün mütəxəssislər hazırlamaq olduğunu qeyd edib. DİM-in könüllülər proqramı ilə bağlı da danışan sədr gənclərin layihəyə böyük maraq göstərdiyini və dörd mindən artıq şəxsin qeydiyyatdan keçdiyini vurğulayıb.

      Daha sonra çıxış edən millət vəkili Mehriban Vəliyeva müəllifi təbrik edib və kitabın gələcəkdə təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında böyük əhəmiyyətə malik ola biləcəyini vurğulayıb.

      Ardınca müəllif Zülfiyyə Veysova təqdim etdiyi kitabın yazılma tarixi, məqsədləri, uzunmüddətli araşdırma və tədqiqatların aparılması əsasında yaradılmış müəllimlər üçün məqsədəuyğun, səmərəli və  faydalı alətin hazırlanması haqqında geniş məlumat verib.

      Müəllif və müzakirələrdə çıxış edən mütəxəssislər bu kitabın müxtəlif koqnitiv proseslərin  formalaşmasına yönəldilmiş tapşırıqların hazırlanmasında müəllim və metodistlərə, təlim standartları, kurikulum, tədris vəsaiti və dərslikləri yazan müəlliflərə, qiymətləndirmə üzrə təhsil ekspertlərinə kömək edə biləcək alət kimi faydalı olduğunu vurğulayıblar.

      Digər çıxışçı – görkəmli pedaqoq Ənvər Abbasov kitabın əhəmiyyəti haqqında müsbət fikirlərini bildirib. Təqdim olunan “Tapşırıq halqaları” alətindən istifadə nəticəsində şagirdlərin təlim prosesinin gedişatını daha asan başa düşmələri, habelə təlim tapşırıqları  və gözlənilən təlim nəticələrinin hazırlanmasını daha da asanlaşdıran bir vəsait olduğunu qeyd edib. Tədbirin sonunda kitab haqqında müzakirələr davam etdirilib və gələn qonaqlar təqdimat  münasibətilə müəllifi təbrik etməklə xoş sözlər söyləyiblər.

      Qeyd. Tədbirdən sonra M.Abbaszadə KİV nümayəndələri üçün brifinq keçirib.


      Foto
      • 1
      • 2
      • 3
      • 4
      • 5
      • 6
      • 7
      • 8
      • 9
      • 10
      • 11
      • 12
      • 13
      • 1
      • 2
      • 3
      • 4
      • 5
      • 6
      • 7
      • 8
      • 9
      • 10
      • 11
      • 12
      • 13

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram