• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      DİM Direktorlar Şurasının sədri M. Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın Böyük Britaniyada keçiriləcək 44-cü illik konfransında iştirak edəcək

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti

      Konfrans zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə nümayəndə heyətinin üzvləri 2019-cu il 22-27 sentyabr tarixlərində Bakı şəhərində keçiriləcək IAEA-nın növbəti – 45-ci illik konfransının təqdimatını edəcək

      16.09.2018 22:24

      2018-ci il 9-14 sentyabr tarixlərində Böyük Britaniyanın Oksford şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IAEA: International Association for Educational Assessment) və Oksford Universitetinin Təhsildə Qiymətləndirmə Mərkəzinin birgə təşkilatçılığı ilə “Qiymətləndirmə və böyük data” mövzusunda IAEA-nın 44-cü illik konfransı təşkil olunacaq.

      Konfrans zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə nümayəndə heyətinin üzvləri 2019-cu il 22-27 sentyabr tarixlərində Bakı şəhərində keçiriləcək IAEA-nın növbəti – 45-ci illik konfransının təqdimatını edəcək. “Qiymətləndirmə və qərar qəbuletmə: fərdi və institusional həllər” mövzusunda ölkəmizdə keçirilməsi nəzərdə tutulan konfransa ümumi hazırlıq işləri, alt mövzular, qonaq mühazirəçilər, tədbirin keçiriləcəyi məkan v s. haqqında iştirakçılara məlumat veriləcəkdir. Konfransda,  həmçinin Mərkəzin əməkdaşı qiymətləndirmə zamanı istifadə olunan yazı işlərinin (esselərin) yoxlanılması mövzusunda məruzə ilə çıxış edəcək, digər əməkdaş isə konfransın sessiyalarının birində moderatorluq edəcəkdir.

      Bu il Oksford Universitetinin Təhsildə Qiymətləndirmə Mərkəzi  tərəfindən keçirilən konfrans zamanı aşağıdakı mövzular üzrə elmi təqdimatlar ediləcək:·        

      • təhsilin qiymətləndirməsində böyük və kiçik həcmli dataların (məlumatların) istifadəsi;

      • böyük data əsasında qiymətləndirmənin (tədris, öyrənmə) mahiyyəti. Dünya praktikasından nümunələr;

      • böyük data – qiymətləndirmə metodlarında yeni üsullar;

      • böyük data – mövcud qiymətləndirmə prosesləri və imkanları;

      • böyük data – validlik və relevantlıq məsələləri;

      • böyük data – qiymətləndirmə zamanı əldə edilən tərəqqi və nailiyyətlər.

      Konfransın spikerləri İngiltərə, Amerika, İsrail, Çin, Sinqapur, Norveç və digər ölkələri təmsil edirlər. IAEA-nın 44-cü illik konfransı haqqında geniş məlumatı keçiddən əldə edə bilərsiniz (www.iaea2018.org ).

      Qeyd edək ki, IAEA ümumi və ali təhsil müəssisələrində, müxtəlif təşkilatlarda  və iş yerlərində təhsilin qiymətləndirilməsində iştirak edən qurumlar üçün yaradılmış qlobal forumdur. IAEA hər il təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məqsədi ilə illik beynəlxalq konfranslar təşkil edir. IAEA haqqında ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz: www.iaea.info

      Xatırladaq ki,  DİM uzun illərdir biliyin qiymətləndirilməsi sahəsində dövlətlərarası əməkdaşlığın qurulması, bu sahədə təcrübə mübadiləsinin aparılması, yeni qiymətləndirmə metodlarının tətbiqi məqsədilə yaradılmış IAEA ilə sıx əməkdaşlıq edir. 2007-ci ildə IAEA-nın 33-cü illik konfransı da DİM-in təşkilatçılığı ilə MDB və Şərqi Avropa dövlətləri arasında ilk dəfə Azərbaycanda keçirilib.

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2026 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram