Qəbulda İsmayıllı rayonunun sakinləri ilə yanaşı Şamaxı, Qəbələ, Qobustan rayon sakinləri, həmçinin bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər də iştirak etmişlər.
DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşdür.
Görüşdə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, ikinci qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilmişdir.
Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilmiş, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilmişdir. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılmışdır. Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilmiş və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülmüşdür.