Qəbulda Mingəçevir şəhərinin sakinləri ilə yanaşı Naftalan şəhər, Yevlax, Goranboy, Ağdaş rayon sakinləri, həmçinin bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər də iştirak etmişlər.
DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərində ucaldılmış abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşdür.
Görüşdə əsasən dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu , ali təhsil müəssisələrinə qəbul və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilmişdir.
Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilmiş, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilmişdir. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılmışdır. Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilmiş və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülmüşdür.