ETS Global təşkilatı ilə birgə Dövlət İmtahan Mərkəzi tərəfindən 31 may saat 15:00-da “The GRE® General Test: Insights You Need” adlı vebinar keçiriləcəkdir. Vebinarın qeydiyyat linki 28 may tarixinədək aktiv olacaq.
GRE (Graduate Record Examinations) imtahanı dünyanın bir çox ali təhsil müəssisələrində magistr, MBA, doktorantura təhsili almaq üçün tələb olunur və təqaüdlərin verilməsi zamanı diqqət yetirilən göstəricilərdən biridir.
Vebinarın məqsədi GRE imtahanına qeydiyyat, imtahanın strukturu, nəticələr və hazırlıq resursları barədə məlumat verməkdir.
Vebinarın spikeri ETS Global təşkilatının nümayəndəsi Yasemin Arşın GRE® General Test barədə ətraflı məlumat verəcək və iştirakçıların suallarını cavablandıracaq.
Vebinar onlayn formada Zoom platforması vasiəsilə ingilis dilində keçiriləcək. Vebinarda iştirak etmək istəyən şəxslər keçiddən istifadə edərək qeydiyyatdan keçməlidirlər. Qeydiyyat linki 28 may tarixinədək aktiv olacaq. Qeydiyyatdan keçmiş iştirakçılara vebinarın "Zoom" linki mayın 29-da göndəriləcək. Qeyd olunan saatda link vasitəsilə vebinara qoşula bilərsiniz.
Xatırladaq ki, DİM ETS-in (Educational Testing Service - Təhsildə Qiymətləndirmə Xidməti) rəsmi test mərkəzi olaraq 2020-ci ildən etibarən GRE imtahanlarını təşkil edir.
GRE imtahanı da daxil olmaqla, DİM-in keçirdiyi digər beynəlxalq imtahanlarla bağlı keçiddən ətraflı məlumat əldə edə bilərsiniz.