• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin rəhbər şəxsləri arasında görüş keçirilib və tərəflər arasında daha əvvəl imzalanmış Anlaşma Memorandumu yenilənib

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      07.04.2022 21:53

      6 aprel 2021-ci il tarixində DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin (MQİM) direktoru Sofia Qorqodze, həmçinin hər iki qurumun rəhbər şəxslərinin – DİM-in Direktorlar Şurasının sədr müavini Namiq Babayev, Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn və MQİM-in direktor müavinləri Kakha Jamburia və Levan Sabaurinin iştirakı ilə onlayn formada görüş keçirilib.

      Görüşdə qurumlar arasında artıq iki ildir rəsmi şəkildə davam edən əməkdaşlığa dair qarşılıqlı məmnunluq ifadə edilib və həyata keçirilən işlərin qurumlar arasında əlaqələrin möhkəmlənməsində əhəmiyyətli olduğu vurğulanıb. İclasda tərəflər arasında daha əvvəl imzalanan Anlaşma Memorandumu yenilənib.

      DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən gələcəkdə ortaq tədqiqatların aparılmasına dair irəli sürülmüş təşəbbüs NAEC nümayəndələri tərəfindən xoş qarşılanıb və görüşdə buraxılış imtahanlarının nəticələrinin təhlili və müzakirəsi istiqamətində tədbirlərin keçirilməsinə qərar verilib.

      Qeyd edək ki, DİM və MQİM arasında ilk Anlaşma Memorandumu 20 may 2020-ci ildə imzalanıb və daha sonra 26 fevral 2021-ci il tarixində yenilənib. Ötən iki il ərzində aşağıdakı işlər yerinə yetirilib:

      • Gürcü dili üzrə 9 və 11-ci sinif səviyyəsi üzrə buraxılış imtahanlarında istifadə edilən test tapşırıqlarının təkmilləşdirilməsi;

      • Gürcü məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün müəllimlərin peşə-ixtisas imtahanında istifadə edilən tapşırıqların hazırlanması;

      • MQİM-in Azərbaycan dilinə tərcümə edilən riyazi və verbal məntiq testlərinin təkmilləşdirilməsi;

      • MQİM-ə riyazi və verbal məntiq testlərini Azərbaycan dilinə tərcümə edəcək əməkdaşın seçilməsinə köməklik edilməsi.

      • 2022-ci il üzrə yenilənən Memorandumda aşağıdakı qarşılıqlı əməkdaşlıq sahələri əksini tapıb:

      • MQİM-in ekspertləri tərəfindən DİM-in gürcü dili üzrə buraxılış imtahanlarında (9 və 11-ci sinif səviyyəsi üzrə) istifadə etdiyi test bankının nəzərdən keçirilməsi və təkmilləşdirilməsi;

      • Gürcü məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün müəllimlərin peşə-ixtisas imtahanı üzrə DİM-in köməkliyi ilə sual bankının hazırlanması.

      Qeyd edək ki, DİM-in dəstəyi ilə Gürcüstanın tədrisi Azərbaycan dilində olan orta məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün müəllimlərin peşə-ixtisas imtahanı üzrə qiymətləndirmə alətinin tətbiqi Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin attestasiyası zamanı differensial əmək haqlarının müəyyən edilməsində istifadə olunur.

      Xatırladaq ki, qurumlar arasında imzalanmış Anlaşma Memorandumu Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökümətlərarası Komissiyanın 8-ci iclas Protokulunun müddəalarınının icrasına da töhfə verir.


      Foto
      • 1
      • 2
      • 3
      • 4
      • 1
      • 2
      • 3
      • 4

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram