2019-cu il martın 14-də Dövlət İmtahan Mərkəzinin əməkdaşları Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd məktəbinin şagird və müəllimləri ilə görüş keçirib.
Görüşdə ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının yeni qaydaları və sənəd qəbulu ilə bağlı şagirdləri və müəllimləri maraqlandıran suallar DİM-in əməkdaşaları tərəfindən ətraflı şəkildə cavablandırılıb.
Bundan əlavə, DİM-in yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış sinif testləri və test topluları Cocuq Mərcanlı kənd tam orta məktəbinin kitabxanasına hədiyyə edilib.