DİM-in bir qrup əməkdaşı 16-17 noyabr tarixlərində Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM) tərəfindən keçirilən “Öyrənmənin qiymətləndirilməsi” mövzusunda III Beynəlxalq Təlim Konfransında, həmçinin 18 noyabr tarixində baş tutmuş konfrans sonrası “Master klass” seminarlarında iştirak edib.
Bu ilki konfransın mövzusu öyrənmənin qiymətləndirilməsi olmuşdur. DİM-nin əməkdaşları qiymətləndirmənin əsas prinsipləri və formativ qiymətləndirmənin mahiyyəti haqqında məlumat əldə ediblər. Həmçinin, əməkdaşlar öyrənmənin məqsədinin və uğur meyarlarının müəyyən edilməsi ilə bağlı maraqlı məşğələlərdə iştirak etmişdirlər.
Konfransda uğurlu tədris-qiymətləndirmə layihələri ilə fərqlənən tanınmış beynəlxalq məruzəçilər: Andy Griffits, Karen Syuell, Hanna Filips, Stiven Kruks, Karli Maquayr və AMİM-in qiymətləndirmə üzrə aparıcı mütəxəssisi Xədicə Cəfərova da yer alıb. Xədicə Cəfərova “Qiymətləndirmənin praktikada reallaşdırılması - Azərbaycan məktəblərindəki problemlər və onların həlli” mövzusunda məruzə ilə çıxış etmişdir. Qeyd edək ki, Xədicə Cəfərova Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlıq etməklə yanaşı, DİM-in ingilis dili üzrə elmi-metodiki seminarlarının fəal iştirakçısıdır.
Konfrans haqqında ətraflı məlumatı verilmiş keçiddən əldə etmək mümkündür: http://conference-2018.azteachers.az/az/#top-nav