Türkiyə Respublikası Prezidenti Administrasiyası İnsan Resursları Ofisinin təşkilatçılığı ilə həyata keçirilən görüşdə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstandan nümayəndələr iştirak edirlər.
Görüşün 28 iyul tarixində keçirilən ilk günündə iştirakçılar tərəfindən insan resurslarının idarə edilməsi ilə bağlı təqdimatlar nümayiş etdirilib.
DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət qulluğunda insan resurslarının idarə edilməsi” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı DİM-in fəaliyyəti haqqında məlumat verilib və müvafiq sahə üzrə təcrübəsi paylaşılıb, həmçinin türk dövlətləri və DİM arasında gələcək əməkdaşlıq istiqamətləri barədə danışılıb.
Qeyd edək ki, tədbir hazırda davam edir və görüşün 2-ci günündə iştirakçılar türk dövlətləri arasında insan resurslarının inkişafı məqsədilə qurulacaq əməkdaşlıq sahələrini müzakirə edəcəklər.