Struktur bölmənin adı: Dövlət dili və xarici dillər üzrə şöbə
Vəzifənin adı: məsləhətçi
Təhsilə dair tələb: baza ali təhsili aşağıda verilmiş ixtisaslardan biri olmalıdır:
-
Filologiya (rus dili və ədəbiyyatı);
-
Dil və ədəbiyyat müəllimliyi (rus dili və ədəbiyyatı);
-
Xarici dil müəllimliyi (rus dili).
Qulluq funksiyaları:
Rus dili üzrə qəbul proqramlarının və test tapşırıqlarının tərtib edilməsi və ekspertizası işinin təşkili; test tapşırıqlarının tərtib edilməsi; müvafiq imtahanlarda sual kitabçalarına daxil olan test tapşırıqlarının qapalı şəraitdə (bunkerdə) yoxlanılması və ekspertizası işinin kurasiya edilməsi; kuratorluq etdiyi dillər üzrə testlərin məxfi saxlanılmasına cavabdehlik; müəlliflərdən alınmış material ilə tanış olub, onu redaktə etmək; DİM-in həyata keçirdiyi fəaliyyət sahəsində digər işlərin həyata keçirlməsində iştirak etmək.
Namizədə qoyulan tələblər:
-
Rus dilini C2 səviyyədə bilməli;
-
Xarici dillər üzrə kurikulumla yaxından tanış olmalı;
-
Rus dili (xarici dil kimi) fənni üzrə orta məktəb dərslikləri ilə yaxından tanış olmalı;
-
Testologiya barədə ümumi məlumata sahib olmalıdır.
Kompüter biliklərinə dair tələblər:
"Microsoft Office" proqramları, "Outlook" ilə işləmək bacarığı.
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər öz müraciət formasını mövzu bölməsində "Dövlət dili və xarici dillər üzrə şöbənin məsləhətçisi" qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 11 may 2023 tarixinədək göndərə bilərlər.