Dövlət İmtahan Mərkəzinin böyük məsləhətçisi Faiq Abdullayev 1 mart 2025-ci il tarixində Gülüstan sarayında keçirilən “Vergi və Mühasibatlıq Zirvəsi”ndə iştirak edib.
Dövlət orqanları və sahibkarlıq subyektlərini bir araya gətirən tədbir qarşılıqlı təklif mübadiləsi, maliyyə, mühasibatlıq və vergi qanunvericiliyi sahəsində olan yeniliklərin maraqlı tərəflərə çatdırılması və ümumilikdə maliyyə savadlılığının artırılması üçün əhəmiyyət kəsb edir.
Tədbirdə DİM-in əməkdaşı F.Abdullayev “Peşəkar Mühasib Sertifikatı: qızıl bilet, yoxsa məcburiyyət” adlı paneldə spiker olaraq çıxış edib. O, PMS imtahanlarının əhəmiyyəti, imtahan materialları hazırlanarkən nəzərə alınan əsas məqamlar, gələcəkdə imtahanların elektron formada keçirilməsi və PMS-in beynəlxaq səviyyədə tanıdılması istiqamətində aparılan işlər barədə məlumat verib. Paneldə bu istiqamətdə müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.