1 aprel 2019-cu il tarixində keçirilən görüşdə ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni qaydaları və sənəd qəbulu ilə bağlı şagirdləri və müəllimləri maraqlandıran məsələlər DİM-in Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov tərəfindən cavablandırılıb.
Görüşdə həmçinin, şagirdlərin qəbul və buraxılış imtahanlarına səmərəli hazırlaşmaları üçün DİM-in yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış sinif testləri, test topluları və “Abituriyent” jurnalının xüsusi buraxılışları hər iki məktəbin kitabxanasına hədiyyə edilib.
3 aprel 2019-cu il tarixində isə Gəncə Regional Bölməsində Kəlbəcər, Xocalı və Laçın rayonlarından olan məcburi köçkün məktəblərinin və Göygöl, Daşkəsən, Goranboy rayonlarının ucqar kənd məktəblərinin rəhbərləri ilə görüş keçirilib. Görüşdə qeyd olunan rayonlar üzrə ümumilikdə 56 məcburi köçkün və 18 ucqar kənd məktəblərinin kitabxanalarına DİM tərəfindən nəşr edilmiş sinif testləri, test topluları və “Abituriyent” jurnalları hədiyyə edilib.
Qeyd edək ki, DİM tərəfindən bu cür tədbirlər artıq neçə ildir ki, təşkil olunur və ənənə halını alıb.