23 fevral 2026-cı il tarixində DİM-in İdarə Heyəti sədrinin müavini Bəhrəm Xəlilov vətəndaş qəbulu həyata keçirib.
Görüşdə ehtiyat kadrlar siyahısından analoji vakant vəzifəyə təyin edilməsinə köməklik göstərilməsi ilə bağlı 6 vətəndaşın müraciətinə baxılıb.
Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, habelə qeyd olunan məsələnin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün Mərkəzin aidiyyəti struktur bölməsinə müvafiq tapşırıq verilib.