• Llinkedin
  • Facebook
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      DİM-in İdarə Heyətinin sədri M.Abbaszadənin “Abituriyent” jurnalının 6-cı nömrəsində yer alan “Ön söz”ünü təqdim edirik

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      25.08.2026 11:51

      Əziz tələbələr!

      Bir neçə ay əvvəl, “Abituriyent” jurnalının birinci  nöm­rəsində sizə həyatınızın ən mühüm və məsuliyyətli mərhə­lələrindən birinin astanasında dayanan gənclər kimi mü­raciət etmişdik. O zaman sizi qarşıda imtahanlar, ixtisas se­çimi və nəticələrin elan olunması həyəcanı gözləyirdi. İndi isə jurnalın bu nömrəsini vərəqləyərkən artıq keçdiyiniz yolun nəticəsini görürük: siz bu mühüm mərhələni uğurla başa vurmuş, peşə seçiminizi etmiş və tələbə adını qazanmısınız.

      Hər birinizi bu mühüm nailiyyət və layiq olduğunuz  tələ­bə statusunu qazanmağınız münasibətilə ürəkdən təb­rik edirəm!

      Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 87146 nəfər iştirak edib. Onlardan 58947  nəfəri (o cümlədən 4215 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 28108 (o cümlədən 1145 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 317 (o cümlədən 58 subbakalavr) nəfər dövlət hesablı, 30522 (o cümlədən 3012 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.  Ali təhsil müəssisələrinin qəbul planı 97.07% dolub. Boş qalan plan yerlərinə ixtisas seçimi aparılandan sonra bu göstəricilər bir qədər də yüksələcəkdir.

      Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının 1711 nəfər daha çox olduğunu müşahidə edə bilərik. Eyni zamanda dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 290 nəfər çoxdur. Son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir.

      Qəbul olunanların siyahısındakı hər bir adın arxasında illərlə davam edən təhsil, məsuliyyət, gərgin zəhmət, ciddi hazırlıq, həyəcan və çətinliklərin dəf edilməsi dayanır. Uğu­ru­nuz, ilk növbədə, öz səylərinizin, məqsəd­yönlü fəaliy­yətinizin və qüvvənizə inamınızın nəticəsidir. Bu yolda yanı­nızda çətin anlarda sizə dəstək olan valideynləriniz və yaxın­larınız, həmçinin sizə bilik verən, yol göstərən və mü­hüm sınaqlara hazırlaşmağınıza kömək edən müəllimləriniz olub. Buna görə də bugünkü sevinc sizə inanan və dəstək olan hər kəsin ortaq sevincidir.

      Qəbul prosesinin bütün mərhələlərində Dövlət İmtahan Mərkəzi yalnız imtahanların təşkilatçısı deyil, həm də sizə etibarlı informasiya təqdim etməyə, məsləhət və metodik dəstək verməyə çalışıb. Rəsmi materiallar, elmi-metodik və­saitlər və test topluları, elektron xidmətlər, sınaq imta­hanları, məsləhət mərkəzləri, açıq görüşlər, eləcə də qəbul kampaniyası və ixtisas seçimi ilə bağlı istənilən suala ay­dın­lıq gətirmək imkanları imtahanlara səmərəli hazırlaşmaq, biliklərinizi obyektiv qiymətləndirmək, zəruri məlumatları əldə etmək və düzgün seçim etməyinizə kömək göstərmək məqsədi daşıyıb.

      Bu gün ən mühüm və gərgin mərhələlərdən biri artıq arxa­da qalsa da, ali təhsil müəssisəsinə qəbul olmaq, əs­lində, yeni və daha məsuliyyətli bir mərhələnin başlan­ğıcıdır. Tələbəlik illəri sizə yalnız seçdiyiniz ixtisas üzrə bilik­lər qazandırmayacaq, həm də müstəqil düşünməyi, mə­lu­mat­ları təhlil etməyi, düzgün qərarlar qəbul etməyi, ko­man­dada işləməyi və daim inkişaf etməyi öyrənmək imkanı verəcək. Məhz buna görə universiteti yalnız diplom almağa aparan yol kimi deyil, həm də peşəkar şəxsiyyətin forma­laşmasının mühüm mərhələsi kimi qəbul etmək vacibdir.

      Müasir dünya sürətlə dəyişir və müvafiq olaraq mütə­xəs­sislərə verilən tələblər də dəyişir. Tələbata uyğun və rə­qabətqabiliyyətli mütəxəssis olmaq üçün sadəcə bir peşəyə yiyələnmək kifayət deyil;  biliyə can atmaq, yenilikləri mənim­səmək və dəyişikliklərə hazır olmaq lazımdır. Qoy seçdiyiniz ixtisas təsadüfi bir istiqamət deyil, gələcəkdə  öz qabiliyyətlərinizi üzə çıxara və arzularınızı gerçəkləşdirə biləcəyiniz peşə yolunun başlanğıcı olsun.

      Bu vəzifə müasir Azərbaycan gəncləri üçün xüsusilə mühüm əhəmiyyət daşıyır. Ölkəmiz beynəlxalq proseslərdə fəal iştirak edir, əhəmiyyətli beynəlxalq tədbirlərin keçiril­diyi məkana çevrilir, dünya arenasında öz mövqeyini və nüfuzunu möhkəmləndirir. Ona görə də  Azərbaycanı elm, təhsil, iqtisadiyyat, texnologiya, səhiyyə, idman, mədəniy­yət və digər sahələrdə layiqincə təmsil edə biləcək savadlı, təşəbbüskar və rəqabətqabiliyyətli mütəxəssislərə tələbat da artır.

      Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təh­silin, elmin, biliyin və insan kapitalının inkişafının ölkə­nin davamlı inkişafı üçün xüsusi əhəmiyyətini dəfələrlə vur­ğulamış, bu işdə gənclərin mühüm rolunu qeyd etmişdir. Məhz bu mənada  qədim Roma siyasi xadimi və filosofu M.T.Siseronun gənclərin təlim və tərbiyəsinin dövlətə ve­rilə biləcək ən böyük töhfələrdən biri olması barədə fikirləri müasir dövrdə də  aktual səslənir. Bu gün həmin töhfə sizsiniz. Sizin bilikləriniz, peşəkarlığınız, təşəbbüskarlığınız və məsuliyyətiniz gələcəkdə cəmiyyətimizin və dövlətimizin inkişafının hərəkətverici qüvvəsinə çevriləcək. Universi­tet­də nələri öyrənəcəyiniz, qazandığınız bilikləri necə tətbiq edəcəyiniz və necə bir mütəxəssis olacağınız təkcə şəxsi peşəkar gələcəyinizi deyil, həm də Azərbaycanın gələcəyinə verəcəyiniz töhfəni müəyyən edəcək.

      Qoy tələbəlik illəri sizin üçün böyük nailiyyətlər, yeni imkanlar və inamla irəliləmək dövrü olsun. Qarşınıza yük­sək məqsədlər qoymaqdan çəkinməyin, çətinliklər qarşı­sında ruhdan düşməyin, valideynlərinizin və müəllim­ləri­nizin dəstəyini qiymətləndirin və həmişə öyrənməkdə israrlı olun. 

      Bu gün həyatınızda yeni bir səhifə açılır. Hər birinizə öz potensialınızı üzə çıxarmağı, seçdiyiniz sahədə əsl peşəkar olmağı, əldə edəcəyiniz bilik və bacarıqları təkmilləşdirməyi  tövsiyə edirəm.

      Bir daha hər birinizi tələbə adını qazanmağınız müna­si­bətilə ürəkdən təbrik edirəm. Sizə uğurlu təhsil, böyük nailiy­yətlər, öz gücünüzə inam və layiqli  gələcək arzulayıram.

      Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə


      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2026 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Instagram
      • YouTube
      • Telegram