• Llinkedin
  • Facebook
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti Xankəndində keçirilən “SOCGOV 2026” adlı beynəlxalq forumda iştirak edib

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      26.10.2026 15:26

      23 oktyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti Xankəndi şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin təşkilatçılığı ilə keçirilən “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” beynəlxalq forumunda iştirak edib.

      Forum sosial idarəetmə, rəqəmsal transformasiya və innovativ texnoloji həllər sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin mübadiləsi və məlumatlara əsaslanan qərarvermə mexanizmlərinin inkişaf etdirilməsi məqsədi daşıyıb. Tədbirdə dünyanın 10-dan çox ölkəsindən nümayəndələr, beynəlxalq təşkilatların təmsilçiləri, innovasiya və texnologiya sahəsində fəaliyyət göstərən ekspertlər və tədqiqatçılar iştirak ediblər.

      Forum Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin açılış nitqi ilə başlayıb. Forum çərçivəsində paralel sessiyalar, tərəfdaş təşkilatların xüsusi təqdimatları, eləcə də ASAN xidmət və Qarabağ Universitetinin birgə tədbiri keçirilib.

      Forumda DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovun moderatorluğu ilə “İnnovasiya sürət istəyir, dövlət isə qayda – balans necə qurulmalıdır?” mövzusunda panel sessiyası olub. Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyinin dövlət katibi Mihai Qabriel Çiobanu, Yunanıstanın Elektron Milli Sosial Sığorta Fondunun direktoru Aleksandros Varveris Georgios,  ASAN Süni İntellekt Mərkəzinin rəhbəri Ləman İbrahimova, Lüksemburq Milli Məlumat Xidmətinin məlumatların idarə edilməsi üzrə mütəxəssisi Nicat Hacıxanov mövzu ilə bağlı fikirlərini bölüşüblər. Tədbir çərçivəsində, həmçinin “Süni intellekt və data əsaslı dövlət idarəçiliyi: imkanlar, risklər və gələcək” mövzusunda panel sessiya keçirilib. Müzakirələrdə süni intellektin dövlət idarəçiliyində tətbiqi, məlumatların keyfiyyəti və təhlükəsizliyi, eləcə də texnoloji innovasiyalarla hüquqi tənzimləmə arasında tarazlığın təmin edilməsi məsələləri diqqət mərkəzində olub.

      Forum çərçivəsində rəqəmsal analitika, süni intellektin sosial xidmətlər sahəsində tətbiqi, etik idarəetmə və data əsaslı qərarvermə imkanları müzakirə olunub. Yerli və beynəlxalq ekspertlərin iştirakı ilə təşkil edilən tematik müzakirələr və TEDx formatında debatlarda innovativ texnologiyaların dövlət-vətəndaş münasibətlərinin inkişafında rolu, sosial xidmətlərin daha əlçatan, çevik və şəffaf idarəetmə modelləri əsasında təşkili məsələlərinə diqqət yetirilib.

      Forum zamanı sosial sahədə süni intellekt əsaslı innovativ həlləri təşviq edən “AI4DOST Social Award 2026” beynəlxalq müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Müsabiqəyə təqdim olunan 84 layihədən (52 milli və 32 beynəlxalq) finala yüksələn 20 layihə arasından seçilmiş 7 qalib müxtəlif nominasiyalar üzrə, o cümlədən ilin gənc sosial innovatoru və sosial transformasiya lideri istiqamətlərində mükafatlandırılıb.

      “SOCGOV 2026” beynəlxalq forumu rəqəmsal texnologiyaların sosial idarəetmədə tətbiqi, süni intellekt əsaslı həllərin təşviqi və qabaqcıl beynəlxalq təcrübələrin mübadiləsi baxımından əhəmiyyətli platforma kimi çıxış edib.


      Foto
      • 1
      • 2
      • 3
      • 4
      • 5
      • 6
      • 1
      • 2
      • 3
      • 4
      • 5
      • 6

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2026 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Instagram
      • YouTube
      • Telegram