Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin əməkdaşları və dərsliklərin monitorinqi ilə məşğul olan ekspertlər 16 yanvar və 6 fevral 2021-ci il tarixlərində Təhsil İnstitutu və Sinqapur “Alston” Nəşriyyat Evinin birgə əməkdaşlığı ilə təbiət elmləri üzrə təhsil proqramlarının və dərsliklərin təkmilləşdirilməsi üzrə, 23 və 30 yanvar 2021-ci il tarixlərində isə Sinqapur Nəşriyyat evi “Marshall Cavendish” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən riyaziyyat fənni üzrə təlimlərdə iştirak ediblər.
Təbiət fənləri üzrə təlimlərdə dərsliklərin təkmilləşdirilməsi və yenidən hazırlanması, dərs prosesində qiymətləndirməyə imkan verən praktiki fəaliyyət barədə müzakirələr aparılıb.
Riyaziyyat fənni üzrə təlimlərdə isə Azərbaycan Respublikasında olan fənn kurikulumu ilə Sinqapur, ABŞ və Avropa ölkələrində qüvvədə olan fənn kurikulumlarının müqayisəli təhlili aparılıb, məzmun xətləri, məzmun standartları və təlim nəticələrinin təkmilləşdirilməsi üçün təkliflər verilib.