28 mart 2019 – cu il tarixdə Dövlət İmtahan Mərkəzinin əməkdaşları düşmənlə sərhəddə yerləşən Tovuz rayonunun Əlibəyli kənd məktəbinin şagird və müəllimləri ilə görüş keçirib.
Görüşdə ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının yeni qaydaları və sənəd qəbulu ilə bağlı şagirdləri və müəllimləri maraqlandıran suallar DİM-in əməkdaşaları tərəfindən ətraflı şəkildə cavablandırılıb.
Bundan əlavə, DİM-in yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış sinif testləri , test topluları və jurnallar Əlibəyli kənd tam orta məktəbinin kitabxanasına hədiyyə edilib.