10-15 yanvar 2019–cu il tarixlərdə keçirilən seminarlarda Şəmkirdən 173 , Gədəbəydən 30,Qazaxdan 75, Ağstafadan 40, Tovuzdan 63 nəfər olmaqla 381 nəzarətçi-müəllim iştirak etmişdir.
Seminar-məşğələlərdə nəzarətçilər imtahanların gedişi haqqında prosedur qaydaları ilə yanaşı ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelinə uyğun olaraq istifadə olunacaq cavab vərəqlərinin doldurulması, eləcə də xarici dil fənni üzrə imtahanda “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün nəzərdə tutulan dinləmə qurğusundan istifadə edilməsi qaydalarını ilə tanış olublar. Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilib.
Cari ildə keçiriləcək müvafiq imtahanlarda buraxılış rejimində iştirak edəcək qadın müəllimlərlə də seminar-məşğələlər təşkil olunmuşdur. Seminarlarda Şəmkir rayonundan 13 , Gədəbəy rayonundan 8, Qazax rayonundan 9, Ağstafa rayonundan 8, Tovuz rayonundan 15 nəfər olmaqla ümumilikdə 53 müəllim iştirak etmişdir.
Seminarlarda iştirakçıların şəxsi anket məlumatları dəqiqləşdirilmişdir.