Dövlət İmtahan Mərkəzinin Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunda baş məsləhətçi vəzifəsi üzrə vakansiya (müddətli) elan edilib.
Əmək funksiyaları:
- Sektorun fəaliyyət istiqamətinə aid edilən imtahanlar üzrə qanunvericilik və digər əlaqəli imtahan fənlərinin qəbul proqramlarını hazırlamaq və ehtiyac yarandıqda onlarda zəruri düzəlişlər aparmaq;
- Müvafiq imtahanların qanunvericilik üzrə test bankındakı yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına ekspertlər cəlb etmək, onlara müvafiq təlimatlar vermək (treninqlər keçmək);
- Mövcud olan test tapşırıqları bankının (istiqamətlər üzrə) mütəmadi olaraq təftişini təşkil etmək;
- İxtisas və peşəkarlıq səviyyəsinə uyğun test tapşırıqlarının hazırlanmasında, test tapşırıqları bankının təftişində şəxsən iştirak etmək;
- Müvafiq imtahanlarda sual kitabçalarına daxil olan test tapşırıqlarının qapalı şəraitdə yoxlanılması və ekspertizasında iştirak etmək (və ya müvafiq istiqamət üzrə yekun ekspertizanı kurasiya etmək)
- Yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına cəlb olunmuş ekspertlərin işinin keyfiyyətinə nəzarət etmək;
- Yoxlama-ölçmə materiallarının ekspertizası prosesinin yekunu baradə sənədləşməni aparmaq (müvafiq akt və protokolları tərtib edib aidiyyəti üzrə təqdim etmək);
- İmtahan verəcək şəxslərə elmi-metodik kömək məqsədilə metodik vəsaitlərin və topluların hazırlanmasında iştirak etmək;
- Səlahiyyətləri daxilində sektora daxil olan müraciətləri araşdırmaq və cavablandırmaq;
- Rəhbərlik, departament müdiri və sektor müdiri tərəfindən verilmiş digər tapşırıqları icra etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
- Staj tələbi: minimum 2 il;
- Test metodologiyasına dair biliklər;
- Azərbaycan dilini yüksək, ingilis və rus dillərini orta səviyyədə bilmək;
- "MS Windows" və "MS Office" proqramlarında, eləcə də internet resursları ilə sərbəst işləmək bacarığı;
- Analitik düşünmə bacarığı, diqqətlilik, metodoloji düşüncə, məlumatların məxfiliyinin qorunması, ekspertlərlə işləmə bacarığı, məsuliyyətlilik və intizamlılıq
Müraciət qaydası:
Namizədlər 6 sentyabr 2026-cı il tarixinədək https://portal.dim.gov.az/HR/ linkinə daxil olaraq “imtahanlar sektoru-baş məsləhətçi” vakansiyasını seçib elektron müraciət formasını doldurmalı və göndərməlidirlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.