9 iyun 2023-cü il tarixində DİM-in Beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Elnarə Tağıyeva “Kainat-HM” MMC-də təhsilalanların valideynləri üçün Kembric ingilis dili kvalifikasiyaları haqqında məlumat sessiyası keçirib.
Görüşdə ilk olaraq DİM-in fəaliyyəti, beynəlxalq tərəfdaşları və əməkdaşlıq etdiyi qurumlar, mərkəz tərəfindən keçirilən beynəlxalq imtahanlar haqqında məlumat verilib.
Sessiyada Kembric ingilis dili kvalifikasiyaları barədə təqdimat nümayiş etdirilib. Təqdimatda Kembric imtahanlarının beynəlxalq səviyyədə tanınması, müxtəlif səviyyə imtahanlarını (A1, A2, B1, B2) vermək imkanı, sertifikatının müddətsiz olması və əlçatan hazırlıq imkanları kimi üstünlükləri vurğulanıb.
Sessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb.
Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri kimi Kembric ingilis dili kvalifikasiyaları (Cambridge English Qualifications), Kembric ingilis dilinin tədrisi (Cambridge English Teaching) və “LinguaSkill”, həmçinin müraciət əsasında Kembric ingilis dili səviyyə testi (Cambridge English Placement Test) imtahanlarını keçirir.
DİM-in keçirdiyi digər beynəlxalq imtahanlarla bağlı bu link https://dim.gov.az/activities/exams/cambridge-in-ngilis-dili-zr-kvalifikasiyalar/ vasitəsilə ətraflı məlumat əldə etmək mümkündür.
Beynəlxalq imtahanlara qeydiyyatdan keçmək üçün https://eservices.dim.gov.az/iexams/az/login.aspx keçidinə daxil ola bilərsiniz.