Bu xüsusi buraxılışda “2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə SUBBAKALAVRLARIN İXTİSAS SEÇİMİ ELANI”, “Subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı İXTİSAS UYĞUNLUĞU CƏDVƏLİ ” və digər faydalı məlumatlar təqdim olunub.
Xatırladaq ki, subbakalavrların ixtisas seçimi qəbul imtahanları başa çatdıqdan və imtahan nəticələri elan olunduqdan sonra DİM tərəfindən müəyyən ediləcək müddətdə abituriyentlərlə bir yerdə həyata keçiriləcək. Ali təhsil müəssisələrinə qəbul planı isə “Abituriyent” jurnalının 2020-ci il 4-cü nömrəsində dərc olunacaq.
Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;
Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.