Bu vəsait 2018-ci ildə Azərbaycan dilində nəşr edilmiş “Terapevtik stomatologiya (Parodont və oral mukoza xəstəlikləri)” adlı vəsaitin rus dilinə tərcüməsidir. Vəsait Azərbaycan Tibb Universitetinin terapevtik stomatologiya fənni üzrə tədris proqramı və DİM-in rezidenturaya qəbul imtahanı proqramı əsasında hazırlanıb.
Vəsait tərtib olunarkən qəbul imtahanlarında namizədlərin çətinlik çəkdikləri konkret problemlərə daha çox diqqət yetirilib. Vəsait rezidenturaya qəbul imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulsa da, ondan tibb təhsili müəssisələrinin tələbələri, eləcə də bu fənni tədris edən müəllimlər də istifadə edə bilərlər.
Kitabı www.abiturient.az saytında “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı sistemi” vasitəsilə pdf formatda əldə edə bilərsiniz.
DİM tərəfindən rezidenturaya hazırlaşanlara kömək məqsədi ilə “Терапевтическая стоматология (заболевания пародонта и слизистой оболочки полости рта)” adlı vəsait tərtib edilib
Vəsaiti www.abiturient.az saytında “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı sistemi” vasitəsilə pdf formatda əldə etmək mümkündür
01.09.2020 04:51