30 sentyabr 2022-ci il saat 16:00-da DİM beynəlxalq tərəfdaşı “Cambridge University Press & Assessment” ilə birlikdə “Open new doors with your TKT certificate” adlı vebinar keçirəcək.
Vebinarın keçirilməsində məqsəd Kembric İngilis dili üzrə Kvalifikasiyaların müəllimlər üçün nəzərdə tutulmuş TKT (Teaching Language Test) imtahanının ölkədə tanınmasına töhfə verməkdir. “Cambridge University Press & Assessment” ingilis dilini öyrənənlər və müəllimlər üçün dünyanın qabaqcıl kvalifikasiyalarını və imtahanlarını təqdim edir. Hər bir imtahan öyrənənlərin danışıq, yazı, oxu və dinləmə bacarıqlarını CEFR (Common Eeuropean Framework of References for Languages) səviyyələrinə uyğun şəkildə ölçür.
Vebinarın spikeri “Cambridge University Press & Assessment”in Ukrayna və Qafqaz üzrə biznesin inkişafı üzrə baş meneceri Darina Sizuk TKT (Teaching Lanaguage Test) barədə ətraflı məlumat verəcək və iştirakçıların suallarını cavablandıracaq.
Bununla yanaşı, vebinarda TKT ilə bağlı aşağıdakı mövzulara toxunulacaq:
- TKT haqqında ümumi məlumat;
- TKT Modulları;
- İmtahanlara hazırlıq prosesi;
- Sertifikatın üstünlükləri;
- Kembric ingilis dili imtahanlarına qeydiyyat prosesi.
Vebinar “Zoom” platforması vasitəsilə ingilis dilində keçiriləcək. İştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://forms.gle/TVD4Lx7AVhw8TRsK8
Qeydiyyat linki 28 sentyabr tarixinədək aktiv olacaq.
Qeydiyyatdan keçdikdən sonra vebinara qoşulmaq üçün (30 sentyabr saat 16:00) “ZOOM” linki
https://us02web.zoom.us/j/85821440404?pwd=Y1ZNME16OGROaGtpYXZ3V09WS0JJdz09
Xatırladaq ki, DİM “Cambridge University Press & Assessment” qurumunun rəsmi test mərkəzlərindən biri kimi “Cambridge English Qualifications”, “Cambridge English Teaching” və “LinguaSkill”, həmçinin müraciət əsasında “Cambridge English Placement Test” imtahanlarını təklif edir.