Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə Dövlət İmtahan Mərkəzi 2 fevral 2019-cu il tarixindən etibarən təlimlər mərhələsinə başlayıb. Təlimlərin birinci mərhələsi olaraq “ASAN” Təlim-Tədris Mərkəzində Azərbaycan Antikorrupsiya Akademiyası “AZAKA” ilə birgə təşkil olunan təlimdə ilk 20 nəfərlik qrup iştirak edib.
ASAN Təlim-Tədris Mərkəzində keçirilən təlimlər aşağıdakı mövzuları əhatə edir:
• Səmərəli ünsiyyət və işgüzar etiket texnikaları;
• Ünsiyyət prosesində stressin idarə olunması texnikaları;
• Etik davranış qaydaları;
• Korrupsiyaya qarşı mübarizə texnikaları.
Təlimlər cari və növbəti həftələrdə davam edəcək.