24 iyul 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun böyük məsləhətçisi Sevinc Məmmədova tərəfindən Azərbaycan Respublikası Energetika Nazirliyinin əməkdaşları üçün “Dinamik mühitdə koqnitiv çeviklik və qərarların optimizasiyası” mövzusunda təlim keçirilib.
Təlim zamanı iştirakçılara dəyişən şəraitdə effektiv qərarvermə, adaptiv davranış və strateji çeviklik bacarıqları qazandırmaq, dinamik mühit və onun xüsusiyyətləri – dəyişən mühitin komponentləri, VUCA modeli (volatility, uncertainty, complexity, ambiguity) və onun fərdi qərarverməyə təsiri, qərarların optimizasiyası – analitik və strukturlaşdırılmış düşüncə vasitəsilə ən səmərəli qərarların seçilməsi metodları (Pros & Cons, SWOT, OODA loop və s.), çeviklik və optimizasiyanın inteqrasiyası – emosional və rasional yanaşmaların birləşdirilməsi, adaptiv qərarvermə modeli üzərindən balanslı qərar strukturlarının qurulması izah edilib.
Sonda iştirakçıların sualları cavablandırılıb, davranış strategiyaları və həll yolları müzakirə olunub.