Məlum olduğu kimi, xarici dil fənni üzrə danışıq bloku imtahanının 2023-cü il 16 iyundan etibarən keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək. İştirakçılar kompüter proqramının demo versiyası ilə aşağıdakı linkdən tanış ola bilərlər:
https://xaricidil.dim-webinar.info/
İştirakçılara mütləq şəkildə danışıq bloku üzrə ümumi məlumat və imtahan qaydaları ilə yaxından tanış olmaq tövsiyə olunur.
İmtahan sisteminə “Şəxsi kabinet”in istifadəçi adı və şifrəsi ilə daxil ola bilərsiniz. Qeyd edək ki, yalnız imtahan üçün qeydiyyatdan keçmiş şəxslər linkə daxil olaraq proqramın demo versiyası ilə tanış ola bilərlər.
Texniki məsələlərlə bağlı suallarınız olarsa, dqqeydiyyat@dim.gov.az elektron poçt ünvanına məktub göndərə bilərsiniz.