2026-cı il iyunun 25-də namizədlərin xarici dillər üzrə doktoranturaya qəbul və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək.
Namizədlər və iddiaçılar “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər.
Xarici dillər üzrə doktoranturaya qəbul imtahanı kağız daşıyıcılar vasitəsilə, doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı isə elektron formada keçiriləcək.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmır.