Dövlət İmtahan Mərkəzi Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olaraq Kembricin bir sıra imtahanlarını eyni gündə keçirəcək.
Kağız əsaslı Azyaşlı Öyrənənlər və TKT imtahanları Müasir İnnovasiyalar Liseyində - Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, 27 ünvanında, kompüter-əsaslı A2 Key for Schools və B1 Key for Schools imtahanları isə DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.
Qeyd edək ki, imtahan iştirakçıları 24 iyun saat 09:00-dan gec olmayaraq imtahanların keçiriləcəyi müvafiq binaya yaxınlaşmalıdırlar.
Kembric imtahanları barədə ətraflı məlumatla keçid vasitəsilə tanış olmaq mümkündür.