• Llinkedin
  • Facebook
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Dövlət İmtahan Mərkəzi ALTE-nin Portuqaliyada keçirilən 64-cü konfransında təmsil olunub

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      16.11.2026 15:35

      11 – 13 noyabr 2026-cı il tarixlərində Portuqaliyanın paytaxtı Lissabon şəhərində Avropada Dil Qiymətləndirilməsi üzrə Assosiasiyanın (Association of Language Testers in Europe – ALTE) 64‑cü toplantısı və konfransı keçirilib.

      Tədbirdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə və Dövlət dili və xarici dillər üzrə şöbənin müdiri Könül Hacıyeva da iştirak ediblər.

      Lissabon Universitetinin CAPLE (Centro de Avaliação e Certificação de Português Língua Estrangeira) mərkəzinin ev sahibliyi etdiyi konfrans “Dəyişən dünyada dil qiymətləndirilməsi: miqrasiya, mobillik və çoxdillilik” (Language Assessment for a World on the Move: Migration, Mobility, and Multilingualism) mövzusuna həsr olunub. Tədbir müxtəlif ölkələrdən dil bacarıqlarının qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələrini, beynəlxalq ekspertləri, tədqiqatçıları və mütəxəssisləri bir araya gətirib.

      Konfrans çərçivəsində qloballaşma və artan beynəlxalq mobillik şəraitində dil biliklərinin obyektiv və etibarlı qiymətləndirilməsi, çoxdilli mühitlərdə qiymətləndirmə yanaşmaları, dil imtahanlarının müxtəlif sosial və təhsil kontekstlərində tətbiqi, habelə qiymətləndirmə sistemlərinin müasir tələblərə uyğunlaşdırılması məsələləri diqqət mərkəzində olub. Tədbir iştirakçılara dil imtahanlarının hazırlanması, keçirilməsi və nəticələrinin qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəni öyrənmək, mövcud yanaşmalar ətrafında fikir mübadiləsi aparmaq və yeni əməkdaşlıq imkanlarını müzakirə etmək üçün şərait yaradıb.

      Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi 2019-cu ildən ALTE ilə əməkdaşlıq edir və hazırda təşkilatın assosiativ üzvüdür. 1989-cu ildə təsis edilmiş ALTE Avropa və digər regionlarda dil biliklərinin qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlardan biridir. Assosiasiyanın əsas məqsədi dil imtahanlarında keyfiyyətin, obyektivliyin, etibarlılığın və şəffaflığın təmin olunmasına dəstək vermək, bu istiqamətdə beynəlxalq standartların tətbiqini təşviq etmək və üzv təşkilatlar arasında peşəkar təcrübə mübadiləsini gücləndirməkdir. ALTE mütəmadi olaraq beynəlxalq konfranslar, seminarlar və ixtisasartırma tədbirləri təşkil edir, həmçinin dil imtahanlarının keyfiyyətinin qiymətləndirilməsi üçün audit mexanizmləri tətbiq edir.

      DİM-in ALTE-də assosiativ üzvlüyü Mərkəz üçün dil biliklərinin qiymətləndirilməsi sahəsində qabaqcıl beynəlxalq təcrübəyə çıxış, xarici tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və əməkdaşların peşəkar inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq ölkəmizdə keçirilən xarici dil imtahanlarının məzmununun, test tapşırıqlarının hazırlanması və ekspertizası proseslərinin, qiymətləndirmə meyarlarının, eləcə də imtahan nəticələrinin etibarlılığının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsinə töhfə vermək potensialına malikdir.

      Səfər çərçivəsində DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə ALTE-nin baş katibi Nik Savillə də görüş keçirib. Görüş zamanı DİM ilə ALTE arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi, ölkəmizdə keçirilən Azərbaycan dili və xarici dil imtahanlarının keyfiyyətinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi və bu istiqamətdə gələcək fəaliyyət perspektivləri müzakirə olunub. Xüsusilə DİM tərəfindən təşkil olunan müvafiq dil imtahanlarının ALTE-nin keyfiyyət standartlarına uyğunlaşdırılması və gələcəkdə ALTE Q-Mark beynəlxalq keyfiyyət nişanının əldə olunması istiqamətində görülə biləcək işlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin mütəxəssislərin peşəkar inkişafı, təlim proqramlarında iştirak və qiymətləndirmə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

      ALTE Q-Mark dil imtahanlarının hazırlanması, təşkili, qiymətləndirilməsi və nəticələrin təhlili də daxil olmaqla, imtahan prosesinin müxtəlif mərhələlərinin beynəlxalq keyfiyyət standartlarına uyğunluğunu təsdiqləyən nişandır. DİM gələcəkdə bu nişanın əldə olunması istiqamətində hazırlıq işlərinə başlanılmasını, mövcud imtahan prosedurlarının ALTE standartları əsasında təhlilini və müvafiq qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur.

      Səfər çərçivəsində DİM-in nümayəndələri Portuqaliyanın Təhsil, Keyfiyyət və Qiymətləndirmə İnstitutunun (Instituto de Educação, Qualidade e Avaliação – EduQA) prezidenti Luis Migel Pereyra duş Santuş ilə də görüş keçiriblər. Görüş zamanı təhsildə ölçmə və qiymətləndirmə sahəsində qarşılıqlı maraq doğuran məsələlər, hər iki qurumun fəaliyyət istiqamətləri və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər arasında gələcəkdə müvafiq sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması və birgə təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub.

      Dövlət İmtahan Mərkəzi xarici dil biliklərinin qiymətləndirilməsi sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini və qabaqcıl təcrübənin milli imtahan sisteminə inteqrasiyasını fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edir. Bu baxımdan, ALTE kimi nüfuzlu beynəlxalq təşkilatların konfranslarında iştirak ölkəmizdə keçirilən xarici dil imtahanlarının keyfiyyətinin yüksəldilməsi, qiymətləndirmə mexanizmlərinin müasir tələblərə uyğunlaşdırılması və beynəlxalq standartların tətbiqi üçün xüsusi əhəmiyyət kəsb edir.


      Foto
      • 1
      • 2
      • 3
      • 4
      • 1
      • 2
      • 3
      • 4

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2026 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Instagram
      • YouTube
      • Telegram