Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənlərə uyğun müəllimlər, metodistlər iştirak ediblər.
Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva hazırlıq kurslarının proqramı, DİM-in yeni layihə və nəşr işləri haqqında məlumat verib.
Azərbaycan dili fənni üzrə moderator Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin müəllimi Saməddin İbrahimov, fizika fənni üzrə Bakı şəhəri 9 nömrəli tam orta məktəbin müəllimi Sona Hacılı, biologiya fənni üzrə BDU-nun doktorantı Eynulla Musayev, coğrafiya fənni üzrə BDU-nun dosenti Nərminə Seyfullayeva, kimya fənni üzrə DİM-in şöbə müdiri Afiqə Batıyeva və tarix fənni üzrə H.Əliyev adına liseyin müəllimi Hafiz Cabbarov müvafiq fənn kurikulumu və imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar, onları reallaşdıran mövzular, qiymətləndirmə vasitələrinin formaları, məzmunu və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatlar ediblər.
Sonuncu mərhələdə kurs iştirakçıları kalibrləmə prosesindən keçiblər. Müdavimlərə kurs keçdikləri barədə sertifikatlar veriləcək.
Hazırlıq kursunun müdavimlərinin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Sertifikat almış müdavimlər qiymətləndirmə vasitələrinin hazırlanması və yoxlanılmasına cəlb ediləcəklər.
Hazırlıq kursularında DİM-in otk.az saytında yerləşdirilmiş dərsliklərin tədris vahidləri və mövzuları üzrə sınaqlarda iştirak etmək üçün hədiyyə kuponları paylanmışdır.