İmtahan 9 oktyabr 2021-ci il tarixində müvafiq sanitar-gigiyenik qaydalara uyğun olaraq DİM-in Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, 1M binasında həyata keçirilib. İmtahanda 6 nəfər iştirak edib.
TKT (Teaching Knowledge Test) ingilis dili müəllimlərinin xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən kvalifikasiyadır və mərkəzdə aşağıdakı TKT modulları üzrə imtahanlar təşkil edilir:
• TKT Module 1
• TKT Module 2
• TKT Module 3
• TKT Module YL (Young Learners)
• TKT Module CLIL (Content Language Integrated Learning)
CAE imtahanları barədə daha ətraflı məlumatı keçiddən əldə etmək mümkündür.
Qeyd edək ki, DİM “Cambridge Assessment English” (CAE) qurumunun rəsmi test mərkəzlərindən biri kimi “Cambridge English Qualifications”, “Cambridge English Teaching” və “LinguaSkill”, həmçinin müraciət əsasında “Cambridge English Placement Test” imtahanlarını təklif edir.