İmtahan azyaşlılar üçün hazırlanmış hər üç kvalifikasiya (PreA1 Starters, A1 Movers və A2 Flyers) üzrə keçirilir.
Bu kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir uşaq imtahan verdikdən sonra “Cambridge University Press and Assessment” qurumu tərəfindən dünya miqyasında tanınan sertifikat ilə təmin edilir.
İmtahan 24 sentyabr 2022-ci il tarixində keçiriləcək. İmtahanda iştirak etmək üçün son qeydiyyat tarixi 9 avqust 2022-ci ildir.
Qeydiyyat barədə ətraflı məlumatı keçid vasitəsilə https://dim.gov.az/activities/exams/cambridge-in-ngilis-dili-zr-kvalifikasiyalar/ və ya international@dim.gov.az elektron poçt ünvanına müraciət edərək əldə etmək mümkündür.
Xatırladaq ki, DİM “Cambridge Assessment English”in rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Assessment (Cambridge İngilis dili üzrə Qiymətləndirmə)”, “Cambridge English Teaching (Cambridge İngilis dili üzrə Tədris)” və “LinguaSkill” imtahanlarını da təklif edir.