Vebinarın spikeri “Cambridge University Press & Assessment English”in Ukrayna və Qafqazda biznesin inkişafı üzrə baş meneceri Darina Sizuk "Kembric ingilis dili üzrə kvalifikasiyalar" barədə ətraflı məlumat verib və beynəlxalq tanınma, səviyyə imtahanları (A1, A2, B1, B2), əlçatan hazırlıq imkanları, nailiyyət yönümlü nəticələr və müddətsiz sertifikat kimi mövzular haqqında danışıb.
Sessiya zamanı DİM-in beynəlxalq imtahanlara vahid qeydiyyat platforması haqqında məlumat verilib və qeydiyyat prosesi izah edilib. Vebinar iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.
Xatırladaq ki, DİM “Cambridge University Press & Assessment English” qurumunun rəsmi test mərkəzlərindən biri kimi “Cambridge English Qualifications”, “Cambridge English Teaching” və “LinguaSkill”, həmçinin müraciət əsasında “Cambridge English Placement Test” imtahanlarını təklif edir.
2022-ci ilin sonunadək DİM-də keçiriləcək Kembric imtahanlarının tarixlərini keçiddən istifadə edərək əldə edə bilərsiniz.
DİM-in keçirdiyi digər beynəlxalq imtahanlarla bağlı isə bu keçid vasitəsilə ətraflı məlumat əldə etmək mümkündür.