EALTA Avropada dil bacarıqlarının qiymətləndirməsini həyata keçirən qurumların peşəkar birliyidir. EALTA Avropa Komitəsinin maliyyə dəstəyi ilə yaradılmışdır və EALTA-nın maraqları digər təşkilatların maraqlarından asılı deyil.
EALTA-nın qarşıya qoyduğu əsas məqsəd Avropanın hər yerində dilin qiymətləndirilməsinin nəzəri prinsiplərini anlamağa kömək etmək, qiymətləndirmə vasitələrinin təkmilləşdirilməsi və təcrübələrin bölüşülməsini təmin etməkdir.
EALTA ilkin konfranslar, regional praktik məşğələlər, onlayn kurslar keçirir, eləcə də qeyri-hökumət, hökumət və beynəlxalq təşkilatlar üçün qiymətləndirmə siyasəti və qiymətləndirmənin həyata keçirilməsi, qiymətləndirmə vasitələrinin hazırlanması və etibarlılığı, qiymətləndirmənin nəticələri və nəticələrin tanınması mövzularında məsləhət xidmətləri təklif edir.
DİM üçün EALTA ilə əməkdaşlığın əsas istiqamətləri DİM-in xarici dil bacarıqlarının qiymətləndirilməsi alətlərini CEFR səviyyələri üzrə təşkil edib təkmilləşdirmək, bu sahədə qabaqcıl təşkilatlarla birgə tədqiqat və qarşılıqlı təcrübə mübadiləsi aparmaq, həmçinin, EALTA tərəfindən təşkil edilən layihələrə, konfrans və regional praktik məşğələlərə iştirakçı və ya tərəfdaş kimi qoşulmaqdır.
EALTA qiymətləndirmə sahəsində öndə gedən TestDaF-Institut, ETS Global (Educational Testing Service), Oxford University Press, LanguageCert, British Council, Cito - National Institute for Educational Measurement, CIEP, Pearson, Language Testing və Scottish Qualifications Authority kimi əsas qurumları üzvlər olaraq bir şəbəkədə birləşdirir.
EALTA, onun fəaliyyət istiqamətləri və institusional üzvləri haqqında daha ətraflı məlumat əldə etmək üçün verilmiş keçidə nəzər yetirə bilərsiniz: http://www.ealta.eu.org/index.htm