4 mart 2023-ci il tarixində DİM-də Kembricin “Azyaşlı öyrənənlər” imtahanı keçirilib. İmtahanda hər üç səviyyə üzrə (Starters, Movers, Flyers) namizədlər iştirak edib.
Bu imtahan azyaşlılar üçündür və onları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə hazırlanıb. 6-12 yaş aralığında olan hər bir azyaşlı imtahanda iştirak edə bilər. İmtahanın sonunda hər bir namizəd nəticədən aslı olmayaraq Kembric tərəfindən dünya miqyasında tanınan sertifikatla təmin edilir.
Növbəti azyaşlılar üçün imtahan, həmçinin digər Kembric imtahanları və qeydiyyatı haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür.
Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə – “Cambridge University Press & Assessment” qurumunun rəsmi test mərkəzlərindən biri kimi “Cambridge English Qualifications”, “Cambridge English Teaching” və müraciət əsasında “Cambridge English Placement Test” imtahanlarını təklif edir.