İmtahan 29 yanvar 2022-ci il tarixində müvafiq sanitar-gigiyenik qaydalara uyğun olaraq DİM-in inzibati binası Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 binasında həyata keçirilib. İmtahanda 7 nəfər iştirak edib.
TKT (Teaching Knowledge Test) ingilis dili müəllimlərinin xarici dil üzrə tədris bacarıqlarını beynəlxalq səviyyədə qiymətləndirən kvalifikasiyası olmaqla DİM tərəfindən aşağıdakı TKT modulları üzrə imtahanlar təşkil edilir:
• TKT Module 1
• TKT Module 2
• TKT Module 3
• TKT Module YL (Young Learners)
• TKT Module CLIL (Content Language Integrated Learning)
Növbəti TKT imtahanı, həmçlinin “Cambridge Assessment English” (CAE) imtahanları və qeydiyyatı haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür.
Qeyd edək ki, DİM CAE qurumunun rəsmi test mərkəzlərindən biri kimi “Cambridge English Qualifications”, “Cambridge English Teaching” və “LinguaSkill”, həmçinin müraciət əsasında “Cambridge English Placement Test” imtahanlarını təklif edir.