Metodik vəsait peşəkar mühasib sertifikatı (PMS) verilməsi üçün keçirilən test imtahanına (I və II mərhələ) hazırlaşanlar və bu sahə ilə maraqlanan şəxslər üçün nəzərdə tutulub. Vəsaitdə müvafiq qanunvericilik aktları, imtahan proqramları, imtahanın hər iki mərhələsinə aid tapşırıq nümunələri və digər zəruri materiallar dərc edilib.
Vəsaiti DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.