Jurnalın bu nömrəsində 2022/2023-cü tədris ili üçün rezidenturaya qəbul imtahaninin ikinci mərhələsi və ixtisas seçimi haqqında elan, “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.
Bu nömrədə, həmçinin rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr, 2021-ci ildә rezidenturaya qәbul müsabiqәsindә klinik bazaların ixtisasları üzrә formalaşmış keçid balları təqdim olunub.
Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq mümkündür.
Qeyd edək ki, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək üçün namizədlər 2022-ci il avqustun 5-dən 11-dək DİM-in müvafiq internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. İmtahan əvvəlcədən elan olunduğu kimi, avqustun 21-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.