Dövlət İmtahan Mərkəzi tərəfindən 11 dekabr 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib.
Təlimdə Mərkəzin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov tərəfindən “Xidməti fəaliyyətin qiymətləndirilməsi” mövzusunda təqdimat edilib. İştirakçılara xidməti fəaliyyətin qiymətləndirilməsi sistemi, qiymətləndirmə meyarları və qaydaları, fəaliyyət istiqamətləri və tapşırıqlar, qiymətləndirmə nəticəsinə əsasən tətbiq edilən tədbirlər, qiymətləndirmə zamanı yarana biləcək problemlər ilə əlaqədar məsələlər barədə ətraflı məlumat verilib. Təlimdə Komitədə rəhbər vəzifələrdə çalışan 20-yə yaxın dövlət qulluqçusu iştirak edib.
Təlimin sonunda iştirakçıların müzakirə edilən məsələlər barədə sualları cavablandırılıb.