İmtahan 24 oktyabr 2026-cı il tarixində DİM-in Süleyman Sani Axundov, 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda təşkil olunub.
İmtahanda 90 nəfər iştirak edib.
Xatırladaq ki, Kembric İngilis dili üzrə tədris kvalifikasiyalarından biri TKT (Teaching Knowledge Test) ingilis dili müəllimlərinin xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən kvalifikasiyadır və mərkəzdə aşağıdakı TKT modulları üzrə imtahanlar təşkil edilir:
- TKT Module 1
- TKT Module 2
- TKT Module 3
- TKT Module YL
- TKT Module CLIL
Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.
İmtahan nəticələri 6 həftə sonra elan edilir, lakin nəticələrə yalnız imtahan koordinatorunun çıxışı olur. Nəticələrinizi ancaq international@dim.gov.az elektron poçt ünvanına müraciət etməklə əldə edə bilərsiniz.
Sertifikatlar hazır olduqdan sonra DİM tərəfindən sizə elektron poçt göndəriləcəkdir.
Əlavə məlumat üçün international@dim.gov.az elektron poçtu ünvanına suallarınızı ünvanlaya bilərsiniz.