İmtahan 31 avqust 2024-cü il tarixində DİM-in Suleyman Sani Akhundov, 108 ünvanında yerləşən elektron binasında təşkil olunub.
İmtahanda 1 əcnəbi olmaqla 169 nəfər iştirak edib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 1 nəfər imtahana buraxılmayıb.
İmtahan üç növbəli keçirilib.
Xatırladaq ki, Kembric İngilis dili üzrə tədris kvalifikasiyalarından biri TKT (Teaching Knowledge Test) ingilis dili müəllimlərinin xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən kvalifikasiyadır və mərkəzdə aşağıdakı TKT modulları üzrə imtahanlar təşkil edilir:
• TKT Module 1
• TKT Module 2
• TKT Module 3
• TKT Module YL
• TKT Module CLIL
Növbəti TKT imtahanı 26 oktyabr 2024-cü ildə baş tutacaq. Son qeydiyyat tarixi isə 11 sentyabr 2024-cü ildir.
Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.
Əlavə məlumat üçün international@dim.gov.az elektron poçtu ünvanına suallarınızı ünvanlaya bilərsiniz.