• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Dövlət İmtahan Mərkəzi və ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarına həsr olunmuş növbəti görüş keçirilib

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti

      2021-ci il 22 dekabr tarixində Azərbaycan Respublikasının bir sıra ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə DİM və ali təhsil müəssisələri arasında əməkdaşlığa həsr olunmuş növbəti görüş keçirilib

      22.12.2021 02:22

      Qonaqlar görüşdən əvvəl DİM-də yaradılan ölkəmizin milli qiymətləndirmə üzrə tarixini əks etdirən muzeylə tanış olublar. İştirakçılara milli qiymətləndirmə sisteminin yaradılması və inkişaf tarixi barədə məlumat verilib. Həmçinin DİM-də hazırlanıb quraşdırılmış və qəbul imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən Azərbaycan Respublikasının elektron xəritəsi nümayiş etdirilib.

      Daha sonra iştirakçılarla görüş başlayıb. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

      Tədbirdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Dillər Universitetinin prorektoru Novruz Məmmədov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və DİM-in struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

      Görüşdə çıxış edən DİM-in Direktorlar Şurasının sədri M.Abbaszadə ölkəmizdə təhsildə qiymətləndirmə sisteminin daha da inkişafına nail olmaq üçün çoxtərəfli müzakirələrin böyük əhəmiyyət kəsb etdiyini və təhsilalanlar üçün keyfiyyətli təhsil mühitinin yaradılmasında ali təhsil müəssisələrinin aparıcı rolunu qeyd edib. M.Abbaszadə bildirib ki, “28 ildir ki, Azərbaycanda keçirilən qəbul imtahanlarının nəticələri təhlil edilir və iştirakçıların göstəriciləri daimi olaraq izlənilir. Biz ümumi tendensiyanı görə bilirik. Hazırda Dövlət İmtahan Mərkəzinin məlumat bazasında imtahan nəticələri, inkişafın ümumi dinamikası, aparılan çoxsaylı statistik təhlillərlə bağlı elmi materiallar formalaşıb və ali təhsil müəssisələri öz qəbul strategiyalarının müəyyən edilməsində, təlim-tədris prosesinin qurulmasında, əmək bazarının təhlilində bu məlumatlardan istifadə edə bilərlər”. M.Abbaszadə, həmçinin “Yeniliklərin yayılması nəzəriyyəsi”, təhsil sistemində innovasiyaların paylanılmasında insanların rolu, istedadın təbiəti haqqında təqdimatla çıxış edib.

      Tədbirdə tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları, qiymətləndirmə sahəsində yeni mexanizm və alətlərin yaradılması kimi məsələlər də müzakirə edilib. Həmçinin, DİM tərəfindən ali təhsil müəssisələri ilə əməkdaşlıq sahələri üzrə hazırlanan təkliflər rektorlara təqdim edilib.

      Daha sonra Dövlət İmtahan Mərkəzinin əməkdaşları Mərkəz tərəfindən göstərilən aşağıdakı xidmətlər barədə təqdimatlar nümayiş etdiriblər.

      • Ən yaxşı beynəlxalq və yerli təcrübə əsasında tədris prosesinin təşkilinə dəstək;
      • Qiymətləndirmə alətlərinin hazırlanmasına dəstək;
      • Ali təhsil müəssisələrində kompüter əsaslı qiymətləndirməyə keçidə dəstək;
      • Elektronlaşma – rəqəmsal platformaların tətbiqi;
      • Verilənlər əsasında qərarların qəbul edilməsinə dəstək;
      • Tələbələrə təcrübi və psixoloji dəstək;
      • DİM-in və ali təhsil müəssisələrinin fəaliyyət istiqamətləri və əməkdaşlığı üzrə təbliğatın aparılması.

      Təqdimatlardan sonra əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün müzakirələrin davam etdirilməsinin vacibliyi qeyd olunub və bir sıra təkliflər irəli sürülüb.

      Məlumat üçün bildirək ki, bu görüş ali təhsil müəssisələrinin rektorları ilə keçirilən ikinci tədbirdir. Dekabrın 7-də bir qrup ali təhsil müəssisələrinin rektorları ilə iclas keçirilib. Görüşlərin digər ali təhsil müəssisələrinin rəhbərləri ilə də keçirilməsi nəzərdə tutulur.


      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram