• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Dövlət İmtahan Mərkəzi və ali təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlıq imkanlarına həsr olunmuş görüş keçirilib

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti

      2021-ci il 7 dekabr tarixində Azərbaycan Respublikasının bir sıra ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə DİM və ali təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlığa həsr olunmuş görüş keçirilib

      07.12.2021 22:28

      Görüşdən öncə ümummilli lider Heydər Əliyevin Mərkəzin binasında yerləşən büstü ziyarət olunub. Qonaqlar ulu öndərin əziz xatirəsini ehtiramla yad edib, büstü önünə gül dəstələri qoyublar.

      Sonra DİM-də yerləşən, milli qiymətləndirmə üzrə tarixi əks etdirən muzeylə tanışlıq baş tutub. İştirakçılara milli qiymətləndirmə sisteminin yaradıldığı dövrdən indiyə qədər aparılan işlərə dair məlumat verilib. Qonaqlar DİM tərəfindən hazırlanmış kitablar, dövri nəşrlər və metodiki vəsaitlərlə də tanış olublar. İştirakçılar üçün DİM-də hazırlanıb quraşdırılmış və qəbul imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən Azərbaycan Respublikasının elektron xəritəsi də nümayiş etdirilib.

      Daha sonra iştirakçılarla görüş keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə ümummilli lider Heydər Əliyevin, “Qaraheybət” faciəsinin və vətənimizin müstəqilliyi və azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

      Tədbirdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov, təhsil nazirinin müavini İdris İsayev, “ADA” Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev və DİM-in struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

      Görüşdə çıxış edən DİM-in Direktorlar Şurasının sədri M.Abbaszadə Azərbaycanda təhsildə qiymətləndirmə sahəsinin təkmilləşdirilməsi istiqamətində çoxtərəfli dialoqun böyük əhəmiyyət kəsb etdiyini və ölkəmizdə insan kapitalının formalaşmasında ali təhsil ocaqlarının rolunu qeyd edib. Sədr bildirib ki, “1995-ci ildən etibarən Azərbaycanda keçirilən qəbul imtahanlarının nəticələri təhlil edilir və iştirakçıların təhsil trayektoriyaları izlənilir. Hazırda DİM-də imtahan nəticələri, onların statistik təhlili ilə bağlı böyük həcmli məlumat bazası formalaşıb və ali təhsil müəssisələri öz qəbul siyasətlərini müəyyən edərkən bu məlumatlardan istifadə edə bilərlər”.

      Tədbirdə tərəflər arasında səmərəli əməkdaşlıq perspektivləri, qiymətləndirmə və qəbul sahəsində yeni mexanizm və alətlərin yaradılması kimi məsələlər də müzakirə edilib. Həmçinin, DİM tərəfindən universitetlərlə birgə əməkdaşlıq sahələri üzrə hazırlanan təkliflər ali təhsil müəsissələrinin rəhbər şəxslərinə təqdim edilib.

      Daha sonra Dövlət İmtahan Mərkəzinin əməkdaşları Mərkəz tərəfindən təqdim olunan aşağıdakı xidmətlər barədə təqdimatlarla çıxış ediblər.

      • Ən yaxşı beynəlxalq və yerli təcrübə əsasında tədris prosesinin təşkilinə dəstək;
      • Qiymətləndirmə alətlərinin hazırlanmasına dəstək;
      • Ali təhsil müəssisələrində kompüter əsaslı qiymətləndirməyə keçidə dəstək;
      • Elektronlaşma – rəqəmsal platformaların tətbiqi;
      • Verilənlər əsasında qərarların qəbul edilməsinə dəstək;
      • Tələbələrə təcrübi və psixoloji dəstək;
      • DİM-in və ali təhsil müəssisələrinin fəaliyyət istiqamətləri və əməkdaşlığı üzrə təbliğatın aparılması.

      Təqdimatlardan sonra ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün müzakirələrin davam etdirilməsinin vacibliyi qeyd olunub və bir sıra təkliflər səsləndirilib.

      Tədbirin sonunda qonaqlar qapalı şəraitdə sual kitabçalarının çap edilməsi prosesi ilə yaxından tanış olublar.

      Məlumat üçün bildirək ki, yaxın vaxtlarda digər ali təhsil müəssisələrinin rektorları ilə də analoji görüşlər keçiriləcək.


      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram