Azərbaycan dili fənni üzrə seminarda Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin müəllimi Saməddin İbrahimov buraxılış (9 və 11-illik təhzil bazaları əsasında) və qəbul imtahanlarında mənimsənmə səviyyəsi yoxlanıla biləcək alt standartlar, proqramlar haqqında məlumat verərək test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında təqdimatla çıxış edib.
Coğrafiya fənni üzrə seminarda BDU-nun dosenti Nərminə Seyfullayeva qəbul imtahanında mənimsənmə səviyyəsi yoxlanıla biləcək alt standartlar, proqram haqqında məlumat verərək test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında təqdimatla çıxış edib.
Fizika fənni üzrə seminarda Bakı Modern Təhsil Kompleksinin müəllimi Əlövsət Rəcəbli qəbul imtahanında mənimsənmə səviyyəsi yoxlanıla biləcək alt standartlar, proqram haqqında məlumat verərək test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında təqdimatla çıxış edib.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Seminarlarda müzakirə edilmiş məsələlər haqqında iştirakçıları maraqlandıran suallar DİM-in əməkdaşları və fənlər üzrə ekspertlər tərəfindən cavablandırılıb.