17 aprel 2019-cu il tarixində Etika Akademiyası və Pasha Holdinqin “Sənətim-Gələcəyim” birgə layihəsi çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrinə hazırlaşan 11 saylı inteqrasiya təlimli internat məktəbinin şagirdləri ilə görüş keçirilib.
Görüşdə ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının yeni qaydaları ilə bağlı şagirdlərə ətraflı məlumat verilib.
Görüş zamanı, həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara imtahana hazırlaşmalarına dair vacib tövsiyələr verilib. Şagirdlərə peşə seçimi istiqamətində – seçilən ixtisasın dərindən tədqiqi, peşə maraqlarının və meyillərinin təhlili, hərtərəfli düşünmək, praqmatik qərar vermək və digər məsələlər haqqında tövsiyələr də verilib.