İclaslarda gündəlik məsələ fizika fənnindən 5 iyun 2022-сi il tarixində, rus dili (tədris dili) fənnindən isə 21 may 2022-сi il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının müzakirəsi olub.
Hər iki fənn üzrə imtahanlarda istifadə edilmiş 15 test tapşırığının imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi və mövzulara uyğunluq baxımından təhlili aparılıb. Müzakirələr nəticəsində abituriyentlərin imtahanda zəif cavablandırdığı tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.
İclaslarda bildirilmış təklif və düzəlişlər test bankının təkmilləşirilməsi zamanı nəzərə alınacaq.
18 yanvar 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.