12 yanvar tarixində Azərbaycan dili fənni üzrə seminarda 6 iyul 2025-ci il tarixində III ixtisas qrupu üçün keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının, informatika fənni üzrə seminarda 13 iyul 2025-ci il tarixində I ixtisas qrupu üçün keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının, 13 yanvar tarixində kimya fənni üzrə seminarda 13 iyul 2025-ci il tarixində I ixtisas qrupu üçün keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının, 14 yanvar tarixində fizika fənni üzrə seminarda 13 iyul 2025-ci il tarixində I və IV ixtisas qrupları üçün keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının, rus dili (tədris dili) fənni üzrə seminarda isə 25 may 2025-ci il tarixində III ixtisas qrupu üçün keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının, 15 yanvar tarixində biologiya fənni üzrə seminarda 13 iyul 2025-ci il tarixində IV ixtisas qrupu üçün keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının, tarix fənni üzrə seminarda isə 6 iyul 2025-ci il tarixində III və II ixtisas qrupları üçün keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının, 16 yanvar tarixində coğrafiya fənni üzrə seminarda 6 iyul 2025-ci il tarixində II və III (TC altqrupu) ixtisas qrupları üçün keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının, riyaziyyat fənni üzrə seminarda isə 13 iyul 2025-ci il tarixində I ixtisas qrupu üçün keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının müzakirəsi aparılıb. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticələri, məzmun standartlarının tələbləri nəzərə alınmaqla mövzu, məzmun, mürəkkəblik dərəcəsi və relevantlıq kateqoriyası baxımından müzakirə edilib.
Seminarlarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutlarının müvafiq fənlər üzrə mütəxəssisləri iştirak ediblər. Eyni zamanda DİM-in regional bölmələri (Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Şəki, Bərdə, Xaçmaz, Şəmkir, Göyçay) ilə onlayn bağlantı vasitəsilə həmin bölgələrdəki müəllimlər də müzakirələrə qoşulublar.
Seminarlara DİM-in regional bölmələrindən onlayn rejimdə qoşulmuş müəllimlər: Azərbaycan dili fənni üzrə Naxçıvan şəhəri 13 nömrəli tam orta məktəbinin müəllimi Bayramova Aytən, kimya fənni üzrə Naxçıvan şəhəri 16 nömrəli tam orta məktəbinin müəllimi Əhmədova Nahidə, fizika fənni üzrə Şəki rayonu Baş Zəyzid kənd tam orta məktəbin müəllimi Həmidov İbrahim, tarix fənni üzrə Astara rayonu 1 nömrəli tam orta məktəbinin Məlikzadə Gülnar, coğrafiya fənni üzrə Astara rayonu 1 nömrəli tam orta məktəbinin Hüseynova Günel, riyaziyyat fənni üzrə Şəki rayonu Baş Göynük kənd tam orta məktəbinin müəllimi Əzizli Jalə müzakirələrdə fəal iştirak edib və müzakirə edilən məsələlər barədə öz fikirlərini bildiriblər.
Müzakirələr nəticəsində bildirilmiş qeyd və təkliflər müvafiq fənn üzrə test bankının təkmilləşdirilməsində nəzərə alınacaqdır.
Müzakirələr növbəti həftə davam etdiriləcəkdir.