Coğrafiya fənni üzrə gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 9-ci sinif “Coğrafiya” dərsliyi əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçasının təkmilləşdirilməsi olub.
Dərslikdə verilən 7 bölmənin hər biri mövzu baxımından təhlil edilib. Dərslikdəki dəyişikliklər kitabçada nəzərə alınıb.
Riyaziyyat fənni üzrə isə gündəlik məsələ cavabı yazı ilə ifadə olunan tapşırıqların tərtibi və onların qiymətləndirilməsi üçün meyarların hazırlanmasına verilən tələblərin müzakirəsi olub.
İşçi qruplarının üzvləri tərəfindən hazırlanmış 20 tapşırığın müzakirəsi aparılıb. İştirakçılar müzakirə edilən məsələ ilə bağlı fikirlər bildirib və təkliflər veriblər.
Qəbul olunmuş tapşırıqlar “Qiymətləndirmə tapşırıqları” kitabçalarına daxil ediləcək.
28 aprel 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.